12:19 - 25.05.2026
25 may, Fineko/abc.az. 2026-cı ildə qlobal əmtəə ticarəti 2025-ci ildəki 4,7%-lik artımdan sonra 1,5–2,5% artacaq.
ABC.AZ xəbər verir ki, bu, UNCTAD-ın proqnozunda əks olunub. Artımın əsas hissəsini süni intellektin inkişafı ilə bağlı sahələr (yüksək məhsuldarlıqlı hesablama avadanlıqları və yarımkeçiricilər) təmin edəcək. Eyni zamanda, istehlak malları üzrə ticarətin artımı xeyli zəif qalır.
Zəif daxili tələbat, yüksək qeyri-müəyyənlik və geosiyasi risklər fonunda qlobal iqtisadi artım yavaşıyacaq: ÜDM artımı 2,9%-dən 2,6%-ə enəcək. ABŞ-da artımın nisbətən mülayim şəkildə 2,1%-dən 2%-ə düşəcəyi gözlənilir. Çində bu göstərici 5%-dən 4,6%-ə, Avropa İttifaqında isə 1,5%-dən 1,3%-ə enəcək. Buna səbəb region iqtisadiyyatının idxal olunan enerji resurslarından yüksək asılılığıdır.
12 İyun 2026
12 İyun 2026
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026