14:39 - 21.05.2026
21 may, Fineko/abc.az. Azərbaycanın kərə yağı üzrə əsas təchizatçı olan İrandan idxal 2 248 tondan 2 733 tona yüksələrək 21.6% artıb.
ABC.AZ xəbər verir ki, eyni zamanda, məhsulun ton başına orta qiyməti 6 174 dollardan 5 385 dollara düşüb ki, bu da 12.8% azalma deməkdir.
Belarusdan idxal 386 tondan 983 tona çatıb, orta qiymət isə 7 849 dollardan 5 636 dollara enərək 28.2% azalıb.
Yeni Zelandiyadan idxal 1 497 tondan 421 tona düşərək 71.9% azalıb. Bunun fonunda ton başına orta qiymət 7 330 dollardan 8 502 dollara yüksəlib və 16% artım qeydə alınıb. Ukraynadan idxal isə 279 tondan 459 tona yüksələrək 64.3% artıb, ton başına qiymət isə 8 504 dollardan 6 604 dollara düşüb.
Türkiyədən idxal 65 tondan 13 tona geriləyərək 80.1% azalıb. Buna baxmayaraq, ton başına orta qiymət 7 712 dollardan 10 895 dollara yüksəlib. Finlandiyadan idxal olunan məhsulun ton qiyməti 8 719 dollardan 9 282 dollara yüksəldiyi halda, Almaniyadan idxalda bu göstərici 9 102 dollardan 6 882 dollara enib.
3 İyun 2026
3 İyun 2026