10:36 - 21.05.2026
21 may, Fineko/abc.az. Samsung Electronics ilə Samsung Elektronika İşçilərinin Milli Həmkarlar İttifaqı (NSEU) arasında danışıqların pozulması, eləcə də dünyanın ən böyük mikrosxem istehsalçısının istehsal güclərində baş verən genişmiqyaslı tətil qlobal tədarük zəncirində ciddi problemlərə səbəb ola bilər.
ABC.AZ xəbər verir ki, bu barədə “İzvesiya” qəzeti məlumat yayıb və vəziyyətin süni intellekt sənayesi üçün potensial təhlükə yaratdığını qeyd edib.
Etirazlara səbəb mənfəətin bölüşdürülməsi sistemi ilə bağlı fikir ayrılıqları olub. Şirkət daha əvvəl yarımkeçirici bölməsinin mənfəətinin 48 dəfə artdığını açıqlayıb. Bu fonda həmkarlar ittifaqı əməkdaşlar üçün əməliyyat mənfəətinin 15%-nin illik bonuslar şəklində verilməsini, mükafatlandırma üzrə mövcud məhdudiyyətlərin ləğvini və hətta zərərli bölmələrdə maaşların artırılmasını tələb edib.
Öz növbəsində Samsung Electronics rəhbərliyi bonuslar üçün mənfəətin 10%-nin ayrılmasını təklif etsə də, presedent yaratmamaq üçün zərərli departamentlərdə ödənişlərin artırılmasından imtina edib.