09:37 - 20.05.2026
20 may, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri enməkdə davam edir.
Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi 0,23 dollar (0,21%) ucuzlaşaraq bir barel üçün 110,75 dollar təşkil edib. Əvvəlki sessiyanın yekununda bu müqavilə 0,82 dollar (0,73%) itirərək 111,28 dollar səviyyəsində başa çatmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" neftinin iyul fyuçersi isə bu vaxta qədər 0,43 dollar (0,41%) azalaraq bir barel üçün 103,72 dollara düşüb. 19 may tarixinə olan ticarət nəticələrinə görə, iyul müqaviləsi 0,23 dollar (0,22%) ucuzlaşaraq 104,15 dollar olub. "WTI" markalı neftin iyun fyuçersi 0,89 dollar (0,82%) itirərək sessiyanı 107,77 dollar səviyyəsində tamamlayıb.

18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026