14:49 - 19.05.2026
19 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 141,1 milyon dollar dəyərində 170,7 min ton meyvə-tərəvəz idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə Azərbaycana 142,7 milyon dollar dəyərində 198,8 min ton meyvə-tərəvəz idxal edilmişdi. Beləliklə, meyvə-tərəvəz idxalı miqdar ifadəsində 28,1 min ton (14,1%), dəyər ifadəsində 1,6 milyon dollar (1,1%) azalıb.
Məlumata görə, bu il ölkəyə gətirilən meyvə-tərəvəzin bir kiloqramının orta qiyməti 0,8 dollar (1,4 manat) olub. Bu da, 2025-ci ilin ilk dörd ayındakı qiymətdən 0,1 dollar (təxminən 20 qəpik) bahadır.
Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən gətirilən meyvə-tərəvəzin bir kiloqramı üçün orta qiyməti 0,7 dollar (1,2 manat) olmuşdu.
Qeyd edək ki, meyvə-tərəvəz ilə yanaşı bu il idxal olunan ətin qiyməti 17,1%, gübrənin qiyməti 35,7% bahalaşıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026