Gürcüstanla Azərbaycan arasında bu terminalla bağlı sənəd imzalanıb

10:31 - 19.05.2026


19 may, Fineko/abc.az. Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin istismar şərtlərini müəyyən edən sənəd imzalanıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsi, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini tənzimləyən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər razılaşdırılıb.