09:16 - 19.05.2026
19 may, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri aşağı düşür.
Saat 09:12-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi $2,29 (2,04%) ucuzlaşaraq bir barel üçün $109,81 təşkil edib. 18 may tarixində keçirilən ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti $2,84 (2,60%) artaraq bir barel üçün $112,10-a çatmışdı.
"New York Mercantile Exchange" (NYMEX) birjasında saat 09:12-yə olan məlumata əsasən, "WTI" neftinin iyun fyuçersinin qiyməti $1,67 (1,54%) azalaraq bir barel üçün $106,99 təşkil edib. 18 may ticarətinin nəticələrinə görə, müqavilə $3,24 (3,07%) bahalaşaraq $108,66-ya yüksəlmişdi.
