Azərbaycanın Rusiyaya qeyri-neftqaz məhsulları ixracı bu qədər azalıb

14:44 - 18.05.2026


18 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 306,6 milyon ABŞ dolları dəyərində qeyri-neftqaz məhsulları ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.

Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 16,8 % artaraq 219,3 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 66,2 % artaraq 175,9 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39 % artaraq 139,55 milyon ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.