Azərbaycanın neft koksu ixracı kəskin çoxalıb

14:31 - 18.05.2026


18 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 81 min 424,38 ton neft koksu ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft koksunun dəyəri 32 milyon 714,24 min ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə müvafiq olaraq 67,54 % və 2,14 dəfə çoxdur.

Ötən 4 ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,28 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.