Azərbaycanın ixrac etdiyi qazın həcmi də, dəyəri də azalıb

14:03 - 18.05.2026


18 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 416 milyon 328,74 min kubmetr həcmində təbii qaz ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 535 milyon 847,49 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 4 ayı ilə müqayisədə 3,14 % çox, dəyəri isə 17,28 % azdır.

Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 21,35 % olub.