İran sualtı internet kabellərinə görə ödəniş tələb etmək istəyir

12:23 - 18.05.2026


18 may, Fineko/abc.az. İran Avropa, Asiya və Fars körfəzi ölkələri arasında internet və maliyyə trafikinin keçdiyi sualtı kabellərdən istifadə üçün “ödəniş” tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə CNN yazıb.

İran hərbi nümayəndələri bildirirlər ki, texnoloji şirkətlərdən lisenziya haqları tələb oluna bilər, kabellərin təmiri isə yalnız İran şirkətləri tərəfindən həyata keçirilə bilər.

Ekspertlərin xəbərdarlığına görə, bu cür rabitə xətlərində yaranacaq nasazlıqlar və ya məhdudiyyətlər bank sistemlərinə, bulud xidmətlərinə və qlobal logistika şəbəkələrinə ciddi zərbə vura bilər və dünya iqtisadiyyatında genişmiqyaslı fasilələrə səbəb ola bilər.