11:32 - 18.05.2026
18 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,9 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.
Son nəticədə xarici ticarətdə 6 milyard 354 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,7 dəfə çoxdur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026