Azərbaycanda 4 ayda yanacaq satışından 1.3 milyard manata yaxın gəlir əldə edilib

16:32 - 15.05.2026


15 may, Fineko/abc.az. 2026-ci ilin yanvar-aprel ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 1 milyard 288 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 5.5% çoxdur.

Qeyd edək ki, cari ilin 4 ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 6.4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.