16:11 - 15.05.2026
15 may, Fineko/abc.az. Türkiyədə Akkuyu AES üçün tikilən stansiyaya 3-cü enerji bloku üzrə aktiv zonanın fövqəladə soyutma sistemi üçün dörd hidroakkumulyator çatdırılıb.
ABC.AZ xəbər verir ki, Sankt-Peterburqdakı “İjora” zavodunda istehsal olunan bu avadanlıq stansiyanın ən vacib təhlükəsizlik elementlərindən biridir və qəza hallarında reaktorun avtomatik soyudulması üçün nəzərdə tutulub. Sistem temperaturu effektiv şəkildə aşağı salan və nüvə reaksiyasını zəiflədən bor məhlulunun verilməsini təmin edir.
Çatdırılan avadanlığın ümumi çəkisi 300 tondan çoxdur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026