10:39 - 15.05.2026
14 may, Fineko/abc.az. Hörmüz boğazında yaranan bloklanmaya görə neft tədarükündə fasilələr biotexnoloji yanacağa tələbi artırıb və bir sıra ölkələr dizeldə biotərkib payını yüksəldib.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) 2026-cı ildə 5,4 mlrd gallon (20,44 mln m³), 2027-ci ildə isə 5,5 mlrd gallon (20,82 mln m³) həcmində biodizel və bərpa olunan dizel istifadəsinə icazə verib. Bu, 2025-ci illə müqayisədə 61–64% artımdır (o zaman 3,35 mlrd gallon / 12,68 mln m³ olub).
Braziliyada biotexnoloji yanacağın payı 2035-ci ilə qədər 24%-ə qaldırılacaq, soya tələbi 74 mln tona çata bilər (hazırda 7,2 mln tondur).
İndoneziyada biodizeldə palma yağının payı 40%-dən 50%-ə yüksəldilib, illik əlavə 3 mln ton tələbat gözlənilir.
Malayziyada dizeldə palma yağı payı 10%-dən 15%-ə qaldırılıb, illik tələbi 300–340 min ton artıracaq.