09:22 - 15.05.2026
15 may, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri artır.
Saat 09:20-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında Brent neftinin iyul fyuçersi $1,31 (1,24%) bahalaşaraq bir barel üçün $107,03 təşkil edib. 14 may tarixində keçirilən ticarət sessiyasının yekununda bu müqavilənin qiyməti $0,09 (0,09%) artaraq bir barel üçün $105,72-yə çatmışdı.
"New York Mercantile Exchange" (NYMEX) birjasında saat 09:20-yə olan məlumata əsasən, WTI neftinin iyun fyuçersinin qiyməti $1,43 (1,41%) artaraq bir barel üçün $102,60 təşkil edib. 14 may tarixindəki ticarət əməliyyatlarının nəticələrinə görə, müqavilənin qiyməti $0,15 (0,15%) bahalaşaraq bir barel üçün $101,17 olmuşdu.

18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026