İran Hörmüz boğazından Çin gəmilərinin keçidini asanlaşdırıb

16:07 - 14.05.2026


14 may, Fineko/abc.az. Çin Hörmüz boğazından bir sıra gəmilərinin keçidinə icazə istəyib və Tehran ilə Pekin arasında strateji tərəfdaşlıq çərçivəsində razılıq əldə olunub.

ABC.AZ xəbər verir ki, nəticədə İran gəmiçiliyin asanlaşdırılması üçün tədbirlər görüb və Çin gəmilərinin boğazdan keçidi İran tərəfindən müəyyən edilən qaydalar əsasında bərpa edilib.