12:33 - 14.05.2026
14 may, Fineko/abc.az. Qarabağ bölgəsinə investisiya qoyuluşu üçün daxil olmuş müraciətlər 39 ölkəni əhatə edir.
ABC.AZ xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib ki, müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha çoxdur: "Bu, bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir".
"Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr icra olunur. Həyata keçirilən təşəbbüslər çərçivəsində Türkiyənin "Dəmirörən" və "Dost Aqropark", Özbəkistanın "Agro Sonuat İnnovator" şirkəti tərəfindən nar bağlarının salınması, Litvanın AVİZ-də "Dominari" mebel klasteri, İsveçrənin AVİZ-də "Holcim" sement anbarı, Rusiyanın AVİZ-də "Kamaz" xidmət mərkəzi, Pakistanın "Azerbaijan Rice Processing Mill" MMC, eləcə də Belarusiyanın "Agrokombinat Dzerjinski" ASC quşçuluq təsərrüfatının yaradılması kimi layihələr həyata keçirir. Bu layihələr regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət edir", - deyə vergi rəsmisi qeyd edib.
25 İyul 2026