09:25 - 14.05.2026
14 may, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclar zamanı etalon markaların qiyməti artmaqdadır.
Saat 09:20-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi 0,57 dollar (0,54%) bahalaşaraq bir barel üçün 106,20 dollar təşkil edib. 13 may tarixinədək olan ticarət sessiyasının yekununda bu müqavilənin qiyməti 2,14 dollar (1,99%) azalaraq bir barel üçün 105,63 dollar olmuşdu.
"New York Mercantile Exchange" (NYMEX) birjasında saat 09:20-yə olan məlumata görə, "WTI" neftinin iyun fyuçersinin qiyməti 0,55 dollar (0,54%) artaraq bir barel üçün 101,57 dollara çatıb. 13 may tarixinədək olan ticarət sessiyasının yekununda müqavilənin qiyməti 1,16 dollar (1,14%) ucuzlaşaraq 101,02 dollar təşkil etmişdi.
