Bakıdan bu tarixdə Slovakiyanın paytaxtına birbaşa uçuşlar başlayacaq

14:10 - 13.05.2026


13 may, Fineko/abc.az. Slovakiyanın paytaxtı Bratislava ilə Bakı arasında birbaşa uçuşlara 2026-cı ilin oktyabrından etibarən başlanılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Slovakiya parlamentinin spikeri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bəyan edib.