11:40 - 13.05.2026
13 may, Fineko/abc.az. 13 may 2026-cı il tarixində Daşkənddə keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.
SOCAR-dan ABC.AZ-a daxil olan məlumata görə, Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edən sənədlər SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov, “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, SOCAR-ın operatoru olduğu layihədə bp saziş üzrə ümumilikdə 40 faiz iştirak payı əldə edib. Bu payın 20 faizi SOCAR-dan, 20 faizi isə “Uzbekneftegaz”dan alınıb. Beləliklə, yeni razılaşmaya görə SOCAR 30 faiz, “Uzbekneftegaz” 30 faiz, bp isə 40 faiz iştirak payına sahib olur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026