11:26 - 13.05.2026
13 may, Fineko/abc.az. Yaxın Şərqdə müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiyanın “Urals” markalı neftinə tətbiq olunan diskont artıb.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin İrana qarşı münaqişəsinin tezliklə başa çatacağı ilə bağlı gözləntilər fonunda baş verib.
Argus Media-nın məlumatına görə, cümə günü qərb limanlarından ixrac olunan “Urals” nefti orta hesabla bir barel üçün 80,6 dollara satılıb ki, bu da “Brent” markasından təxminən 24 dollar ucuzdur. Daha əvvəl Hörmüz boğazının bağlanmasından sonra Rusiya neftinə maraq artmış, endirim isə əksinə azalmışdı. Hindistana çatdırılma zamanı isə Rusiya nefti artıq “Brent”ə nisbətən premiumla satılır. Aprelin ortalarında bu fərq təxminən 7 dollar idisə, ötən həftənin sonuna doğru 2,4 dollara enib.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026