11:22 - 13.05.2026
13 may, Fineko/abc.az. Ötən illə müqayisədə yerli turizmdəki zəifləmə gecələmə saylarını ümumilikdə azaldıb.
ABC.AZ xəbər verir ki, 2026-cı ilin ilk üç ayında hotellərdə 838 min üzərində gecələmə olub ki, öncəki ilin 868 min gecələmə sayından azdır.
Bu müddət ərzində yerli turistlərin gecələmə sayı 383 mindən 345 minə qədər azalarkən, xarici vətəndaşlarda 485 mindən 494 minə qədər yüksəlib.
Lakin əsas gecələmə sayları mart ayından öncəki dövrü əhatə edir.