Neft ucuzlaşır: Brent barel başına $106,25 təşkil edir

09:30 - 13.05.2026


13 may, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarət əməliyyatları zamanı neftin etalon markaların qiymətləri, əvvəlki üç sessiya ərzində qeydə alınan artımdan sonra, aşağı düşür.

Saat 09:27-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi $1,52 (1,41%) ucuzlaşaraq bir barel üçün $106,25-a enib. Çərşənbə axşamı keçirilən ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti $3,56 (3,42%) artaraq bir barel üçün $107,77 təşkil etmişdi.

"New York Mercantile Exchange" (NYMEX) birjasında saat 09:27-yə olan göstəriciyə əsasən, WTI neftinin iyun fyuçersinin qiyməti $1,53 (1,50%) azalaraq bir barel üçün $100,65-a düşüb. Əvvəlki sessiyanın yekunlarına görə isə müqavilənin qiyməti $4,11 (4,19%) bahalaşaraq bir barel üçün $102,18 təşkil etmişdi.