09:28 - 12.05.2026
12 may, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə baş verən azalmadan sonra çərşənbə axşamı keçirilən ticarət əməliyyatlarında etalon markaların qiyməti artmaqdadır.
Saat 09:25-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi 0,64 dollar (0,61%) bahalaşaraq bir bareli üçün 104,85 dollar təşkil edib. 11 may ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti 2,92 dollar (2,88%) artaraq bir bareli üçün 104,21 dollara çatmışdı.
"New York Mercantile Exchange" (NYMEX) birjasında saat 09:25-ə olan məlumata görə, "WTI" neftinin iyun fyuçersinin qiyməti 0,88 dollar (0,90%) artaraq bir bareli üçün 98,95 dollar təşkil edib. Əvvəlki ticarət əməliyyatlarının yekununda müqavilə 2,65 dollar (2,78%) bahalaşaraq bir bareli üçün 98,07 dollara bərabər olmuşdu.
Ötən həftə ərzində "Brent" markalı neft 6,36%, "WTI" isə 6,40% ucuzlaşıb.

30 İyul 2026
28 İyul 2026
28 İyul 2026