14:23 - 8.05.2026
8 may, Fineko/abc.az. Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 12 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.
Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.
Bildirilir ki, Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.
Yanvar-aprel ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 12 milyon 181,8 min manat təşkil edib.
27 İyul 2026
25 İyul 2026