Azərbaycan nefti ucuzlaşıb, bareli 105.55 dollara satılır

10:11 - 8.05.2026


8 may Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,44  dollar və ya 3,16 % azalaraq 105,55  dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.