09:21 - 8.05.2026
8 may, Fineko/abc.az. Etalon markaların qiymətləri, ardıcıl üç sessiyalıq enişdən sonra cümə günü keçirilən hərraclarda yüksəlir.
Saat 09:16-a olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi 1,38 dollar (1,38%) bahalaşaraq bir barel üçün 101,44 dollar təşkil edib. Mayın 7-də keçirilən hərracların yekununda bu müqavilənin qiyməti 1,21 dollar (1,19%) ucuzlaşaraq bir barel üçün 100,06 dollar olub.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin iyun fyuçersinin qiyməti saat 09:16-dək 0,98 dollar (1,03%) artaraq bir barel üçün 95,79 dollara çatıb. Mayın 7-də keçirilən hərracların yekununda isə müqavilə 0,27 dollar (0,28%) geriləyərək 94,81 dollar təşkil edib.

18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026