14:43 - 7.05.2026
7 may, Fineko/abc.az. İndiyədək ölkə ərazisində 112 985 ədəd ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin statistik göstəricilərində qeyd edilir. 2026-cı ilin yanvar–aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artım deməkdir.
Müqayisə üçün, 2025-ci ilin yanvar–aprel aylarında NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 805,8 milyon manat və ya 10,8 faiz artım olub.
“Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”- deyə, hesabatda qeyd edilir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026