Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək

16:55 - 1.05.2026


1 may, Fineko/abc.az. Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib