Birinci rübdə AÇG yataqlar blokundan 29 milyon barel neft hasil edilib

14:51 - 1.05.2026


1 may, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 29 milyon barel və ya 4 milyon ton neft hasil edilib.

ABC.AZ "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında bu müqavilə sahəsindən ümumilikdə 30 milyon barel neft hasil edilib.

Beləliklə, cari ilin yanvar-mart aylarında bu göstərici 3,3 % azalıb.

Bu ilin yanvar-mart aylarında gündəlik neft hasilatı orta hesabla 325 min barel təşkil edib (bir il əvvəl - 331 min barel). "Çıraq" platformasından gündəlik orta hesabla 19,5 min bafel (21 min barel), "Mərkəzi Azəri" platformasından 89,8 min barel (87 min barel), "Qərbi Azəri" platformasından 74,8 min barel (76 min barel), "Şərqi Azəri" platformasından 43,9 min barel (43 min barel), "Dərinsulu Günəşli" platformasından 47,7 min barel (54 min barel), "Qərbi Çıraq" platformasından 22,6 min barel (25 min barel), "Mərkəzi Şərqi Azəri" platformasından isə 26,7 min barel (25 min barel) neft hasil edilib.