14:32 - 1.05.2026
1 may, Fineko/abc.az. Gömrük prosedurları dairəsinin dəqiqləşdirilməsi, əməliyyatların daha aydın tənzimlənməsi, idarəetmə sisteminin optimallaşdırılması və gömrük rəsmiləşdirilməsi üzrə güzəşt və sadələşdirmə tədbirləri ilə bağlı dəyişiklik gömrük nəzarəti və rəsmiləşdirilməsinin sadə, güzəştli tətbiqinə, risk idarəetmə sistemi əsaslı gömrük nəzarəti formalarının təkmilləşdirilməsinə, gələcəkdə logistika və beynəlxalq ticarətdə istifadə olunan müasir mexanizmlərin hüquqi əsasının formalaşdırılmasına və idarəetmə mexanizmlərinin daha səmərəli təşkilinə xidmət edəcək.
ABC.AZ xəbər verir ki, bunu deputat Rövşən Muradov Milli Məclisin növbəti plenar iclasında - "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, gömrük təmsilçiliyi institutunun yenidən qurulması, inzibati prosedurların sadələşdirilməsi, inzibati icraat proseslərinin təşviqi və səlahiyyətli iqtisadi operator institutunun yenilənməsi kimi layihədə əks olunan dəyişiklik isə lisenziyalaşdırmanın və inzibati yükün azaldılmasını, gömrük xidmətləri bazarında rəqabətin genişlənməsi və prosedurların sadələşdirilməsini, eyni zamanda inzibati proseslərin legitimliyinin təmin olunmasını və biznes subyektləri, həm də səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün daha əlverişli hüquqi mühitin yaradılmasını nəzərdə tutur.
"Həmçinin ticarətin asanlaşdırılması, rəqəmsallaşmanın genişləndirilməsi, gömrük nəzarəti və audit, tranzit və beynəlxalq daşımalar üzrə nəzarət mexanizmlərini dəqiqləşdirməklə təkmilləşdirilməsi, gömrük informasiya sistemi və məlumatların qorunmasının tənzimlənməsi məsələləri ilə bağlı dəyişiklik isə ticarətin asanlaşdırılması mərkəzləri konsepsiyasının tətbiqini, xarici ticarət və logistik əməliyyatların sürətləndirilməsini, rəqəmsal və elektron gömrük mexanizmlərinin genişləndirilməsini, həmçinin beynəlxalq nəqliyyat və tranzit əməliyyatlarının, habelə logistik zəncirin daha təhlükəsiz və effektiv təşkilini nəzərdə tutmaqla yanaşı, həm də gömrük informasiya sistemlərinin fəaliyyətinin hüquqi əsaslarını gücləndirməyə, məlumat təhlükəsizliyini təmin etməyə və rəqəmsal gömrük xidmətlərinin inkişafını dəstəkləməyə yönəlib", - deyə deputat əlavə edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026