11:17 - 1.05.2026
1 may, Fineko/abc.az. “Meqa Sığorta” ASC-in maliyyə hesabatına əsasən şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, avtomobillərin icbari sığortası üzrə zərərlilik əmsalı şirkətdən də yan keçməyib.
ABC.AZ şirkətin 2026-cı ilin birinci rübü üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, “Meqa Sığorta” ASC cari ilin ilk üç ayını 124 min manat xalis mənfəətlə başa vurub.
Bu da 2025-ci ilin birinci rübündəki 1.15 milyon manatlıq göstəricidən təxminən 89.6 faiz azdır.
Mənfəətin belə ciddi templə aşağı düşməsi ümumi gəlirlərin azalması fonunda xərclərin artmasıdır.
Hesabat dövründə sığorta şirkətinin ümumi gəlirləri 7.57 milyon manat təşkil edərək illik müqayisədə 5.8 faiz kiçilib.
Müəllif: Elmir Muradov
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026