10:40 - 1.05.2026
1 may, Fineko/abc.az. Həftəsonu paytaxtda təmir işlərinin davam etdirilməsi ilə bağlı olaraq bir sıra ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, 01 may saat 23:00-dan 04 may saat 07:00-dək paytaxtın Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası), Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası) hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Eyni zamanda 01–03 may tarixlərində xarici dairəvi yolda ("20 Yanvar" istiqaməti) hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət, 01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət tətbiq olunacaq.
Məlumat üçün bildirək ki, xarici dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək.
27 İyul 2026
27 İyul 2026