09:23 - 1.05.2026
1 may, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti artır.
Bakı vaxtı ilə saat 09:21-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçerslərinin dəyəri 0,73 dollar (0,66%) artaraq bir bareli 111,13 dollara çatıb.
30 aprel hərraclarının nəticələrinə görə, "Brent" neftinin iyun fyuçersinin qiyməti 4,02 dollar (3,41%) azalaraq 114,01 dollara, iyul müqaviləsi isə 0,04 dollar (0,04%) azalaraq 110,40 dollara düşmüşdü.
Saat 09:21-ə olan məlumata əsasən, "New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin iyun fyuçersinin qiyməti 0,07 dollar (0,07%) artaraq bir bareli 105,14 dollar təşkil edib.
30 aprel hərraclarının nəticələrinə görə, "WTI" neftinin iyun fyuçersi 1,81 dollar (1,69%) ucuzlaşaraq 105,07 dollara enmişdi.

28 İyul 2026
28 İyul 2026
28 İyul 2026