SOCAR-ın bu idarəsi 3 ayda 2,8 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

14:38 - 30.04.2026


30 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 2,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel sayında bildirilir.

Hesabata əsasən, bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 21,7 % çoxdur.

Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.