14:07 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında "Azəralüminium" MMC 42,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel ayında bildirilir.
Məlumata görə, bu, 2025-ci il ilin üç ayı ilə müqayisədə 3,3 milyon ABŞ dolları və yaxud 8,3 % çoxdur.
Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026