12:32 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 11,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
ABC.AZ "İxrac İcmalı"nın aprel sayına istinadən xəbər verir ki, hesabata görə, bu, 2025-cü ilin 3 ayı ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 23,2 % çoxdur.
Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.