Ölkədə sahibkarlıq subyektləri 1 milyon 680 mini keçib

16:36 - 29.04.2026


29 aprel, Fineko/abc.az. 2015-ci ilin əvvəlində Azərbaycanda 677 min sahibkarlıq subyekti mövcud idisə, 2025-ci ilin sonuna 1 milyon 680 mini keçərək son 10 ildə təxminən 2,5 dəfə artıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Sahibkarlar Gününün təsis olunmasından ötən 10 il ərzində ölkədə sahibkarlıq mühiti mahiyyət etibarilə yeni mərhələyə keçib:

"Əgər 2015-ci ilin əvvəlində sahibkarlıq daha çox formalaşma və institusional quruculuq mərhələsində idisə, 2025-ci ilin sonuna gəldikdə biz artıq genişlənmiş, rəqəmsallaşmış və daha inklüziv bir sahibkarlıq modelini müşahidə edirik".