12:14 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. AstraZeneca restrukturizasiyaya 2 milyard dollar investisiya etməyi və bunun hesabına hər il 1,5 milyard dollar qənaət etməyi planlaşdırır. Əldə olunan vəsait yeni dərman preparatlarının hazırlanmasına yönəldiləcək.
Şirkət onkologiya sahəsində Summit Therapeutics və Dizal Pharmaceutical ilə əməkdaşlığını genişləndirir. Imfinzi və tarlatamab preparatlarının kombinasiyası üzrə sınaqlar ağciyər xərçəngindən ölüm riskinin 58% azaldığını göstərib. Bununla yanaşı, bir sıra digər klinik tədqiqatlar dayandırılıb və ya qarşıya qoyulan məqsədlərə çatmayıb.
AstraZeneca-nın xalis borcu ilin əvvəlindən 2,46 milyard dollar artaraq 25,83 milyard dollara çatıb. Şirkət bir sıra məhkəmə qərarlarından apellyasiya şikayəti verməyi də planlaşdırır.
2026-cı il üzrə dividendlərin hər səhmə görə 3,30 dollara çatdırılması nəzərdə tutulur.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026