16:01 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Kanada nəşri The Globe and Mail yazır ki, BƏƏ-nin OPEK-dən mümkün çıxışından sonra Venesuela da analoji addım ata bilər və bu proses ABŞ prezidenti Donald Trampın təsiri ilə baş verə bilər.
ABC.AZ xəbər verir ki, nəşr Trampın OPEK-in dünya neft qiymətlərinə təsirini tənqid etdiyini və seçkilər öncəsi yanacaq qiymətlərinin azalmasını istədiyini bildirir. İranla gərginlik fonunda ABŞ-da benzin və dizel qiymətlərinin artıq artdığı qeyd olunur.
Məlumata görə, böyük neft ehtiyatlarına malik Venesuela ABŞ-ın siyasi iradəsi olduğu halda OPEK-dən çıxan növbəti ölkə ola bilər.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026