10:52 - 29.04.2026
29 aprel, Fineko/abc.az. WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin müddətdə həmçinin əlavə işçi qüvvəsi və könüllülər metroya cəlb olunacaq:
“17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Forumun Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platformada birgə fəaliyyət təmin olunacaq. Bir sıra stansiyalarda sərnişin axınını idarə etmək üçün əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq”.
Həmçinin vurğulanıb ki, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək.
27 İyul 2026
27 İyul 2026