17:02 - 27.04.2026
27 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycandan 28 milyon 161 min ABŞ dolları dəyərində 29 min 439 ton ilkin formalarda polietilen ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü müqayisədə ixrac edilən məhsulun həcmi 0,5 % artıb, dəyəri isə 16,5 % azalıb.
Hesabat dövründə polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,3 %, ölkənin ümumi ixracında payı isə 0,5 % olub.
3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.