Azərbaycanın metanol ixracından gəlirləri 86,5 % azalıb

14:48 - 27.04.2026


27 aprel, Fineko/abc.az. Azərbaycanın I rübdə metanol ixracından gəliri açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 91,3 %, həcmi isə 86,5 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 0,3 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,05 % təşkil edib.

3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.