11:43 - 24.04.2026
24 aprel, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu daha 3 ünvanda təmir işləri aparacaq.
ABC.AZ Agentliyə istinadən xəbər verir ki, təmir aşağıdakı ünvanları əhatə edəcək:
1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası)
2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası)
3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində)
Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.
Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026