Gümüşün qiyməti 13 apreldən bəri ilk dəfə 75 dollardan aşağı düşüb

17:10 - 23.04.2026


23 aprel, Fineko/abc.az. 2026-cı ilin may ayı üzrə gümüş fyuçerslərinin qiyməti Nyu-York Ticarət Birjasının Comex bölməsində ilk dəfə 13 apreldən bəri $75-dən aşağı enib.

ABC.AZ xəbər verir ki, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 14:12-də gümüşün qiyməti 3,86% azalaraq $74,95 təşkil edib. Daha sonra eniş sürətlənib və saat 14:17-yə olan məlumata görə qiymət $74,925 (-3,89%) səviyyəsində olub.