Azərbaycanın çay ixracı 18 faizdən çox artıb

11:27 - 23.04.2026


23 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycan 204,1 ton çay ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 1 milyon 757 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 31,4 ton (18,2 %), dəyər baxımından isə 229,96 min ABŞ dolları (15 %) çoxdur.

Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.

Bundan əlavə, yanvar-mart aylarında Azərbaycan 20 milyon 378 min ABŞ dolları dəyərində 3 min 158 ton çay idxal edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 5 milyon 29 min dollar (19,8 %), həcm baxımından isə 975,6 ton (23,6 %) azdır.