Rusiyalı iş adamları Sumqayıt Sənaye Parkına maraq göstərir

10:48 - 23.04.2026


23 aprel, Fineko/abc.az. Rusiyanın Altay diyarından olan iş adamları Sumqayıt Sənaye Parkında olaraq tikinti sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Qeyd edilib ki, Parkda Altay diyarının "İnşaatçılar İttifaqı"nı təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Agentliyin İdarə Heyətinin sədr müavini Aqil Əzizov iqtisadiyyatın diversifikasiyası, qeyri-neft-qaz sektorununun inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində görülən işlər, yaradılmış əlverişli biznes-investisiya mühiti barədə məlumat verib.

Sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən güzəşt və azadolmalar, infrastruktur təminatı qeyd edilib.

İş adamları Parkın biznes imkanlarından yararlanmağa dəvət edilib, yerli rezidentlərin fəaliyyəti ilə tanış olub.