Qarabağda 1400-ə yaxın yeni abunəçi telekommunikasiya şəbəkəsinə qoşulub

10:36 - 23.04.2026


23 aprel, Fineko/abc.az. “Aztelekom” MMC “ işğaldan azad edilmiş ərazilərinə rabitə və internet xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ABC.AZ quruma istinadla xəbər verir ki, azad edilmiş ərazilərdə ümumilikdə 8,905 abunəçi (8,422 ev təsərrüfatı və 483 biznes subyekti) telekommunikasiya şəbəkəsinə qoşulub.

2026-cı ilin yanvar–mart ayları ərzində görülən işlər nəticəsində bu göstərici 1,394 yeni abunəçinin (1,323 ev təsərrüfatı və 71 biznes subyekti) xidmətlərə qoşulması ilə daha da artıb.

Qeyd edək ki, hesabat dövründə işğaldan azad olunmuş ərazilərdə yerləşən 9 şəhər mərkəzi, 29 kənd və qəsəbədə yeni abunəçilərin yüksəksürətli internet və telefoniya xidmətlərinə qoşulması təmin edilib.