15:49 - 22.04.2026
22 aprel, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.
ABC.AZ-ın məlumatına görə, qərar 2 və 1 ulduzlu hotellərə şamil olunub.
Belə ki, üç 2 ulduzlu və bir 1 ulduzlu hotelin kateqoriyası ləğv edilib. Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin sayı 279-dan 275-ə düşüb.
Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduzlu hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 73 %-ni təşkil edir. ©Report
4 Avqust 2026
4 Avqust 2026